Elman Rüstəmovun şirkətinə yarım milyonluq sifariş – Agentlik işçilərinə “Toyota” alır

By Admin Oca12,2024

Dövlət Məşğullu Agentliyi “Abşeron Toyota Mərkəzi” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 589 050 AZN təşkil edən müqavilə Agentliyin Aparatı üçün sedan tipli nəqliyyat vasitələrinin satın alınması ilə bağlıdır.

 

Şirkət qurumun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

 

Şərtlərdən aydın olur ki, Agentlik 9 ədəd avtomobil almaq niyyətindədir.

 

Dövlət Məşğullu Agentliyi ötən ay da “Toyota Abşeron Mərkəzi” MMC ilə satınalma müqaviləsi imzalayıb. Bu müqavilə 3 ədəd nəqliyyat vasitəsinin alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 321 440 AZN-dir.

 

Beləliklə, Agentlik iki ay ərzində şirkətə 1 milyon manata yaxın sifariş verib.

 

“Toyota Abşeron Mərkəzi” MMC Mərkəzi Bankın keçmiş sədri Elmar Rüstəmovun biznes imperiyasına daxildir. Bu barədə mediada gedən məlumatlar indiyə qədər təkzib olunmayıb.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?