Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Bakıda tramvay xətləri çəkiləcək – ÜNVANLAR

By Admin Oca8,2024

 

 

BAKU.WS xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

 

Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir.

 

Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

 

İctimai nəqliyyat sisteminin səmərəli fəaliyyətinin (rentabelli, yüksək tutumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin edilməsi, o cümlədən artan tələbatın ödənilməsi, fərdi nəqliyyat vasitələrinin xüsusi çəkisinin azaldılması yalnız metro, metrobus, sürətli dəmir yolları və tramvay-elektrik qatarı sistemlərinin inteqrasiyası yolu ilə mümkün ola bilər.

 

Buna baxmayaraq, gələcəkdə də fərdi minik avtomobillər nəqliyyat sistemində mühüm paya sahib olmağa davam edəcəyi proqnozlaşdırılır. Bu, eyni zamanda şəhərin küçə-yol şəbəkəsi sisteminin yenidən qurulmasını zəruri edəcək. Növbəti mərhələlərdə təkmilləşdirmə tədbirləri yalnız yolların genişləndirilməsi deyil, mövcud sistemlərdən səmərəli istifadəni də nəzərdə tutacaq.

 

Ümumi nəqliyyat sisteminin əsas elementlərindən biri nəqliyyat mübadilə mərkəzləri və ya ictimai nəqliyyat qovşaqları adlanan alt sistemlər arasındakı qarşılıqlı əlaqənin qurulmasıdır. İctimai nəqliyyat qovşaqları/nəqliyyat mübadilə mərkəzləri ictimai nəqliyyat imkanlarını (avtobuslar), yüksək sərnişindaşıma qabiliyyətinə malik sürətli ictimai nəqliyyat sistemlərini (metro, dəmir yolu, mertobus, tramvay sistemi, tramvay-elektrik qatarı sistemi) və/və ya fərdi avtomobil nəqliyyatından “yaşıl” nəqliyyata keçid imkanlarını bir mərkəzdə birləşdirməyə imkan verən ünsürlərdir. Bundan əlavə, əsas ictimai nəqliyyat qovşaqları müxtəlif nəqliyyat vasitələrindən istifadəni təklif etməklə İctimai Nəqliyyat Yönümlü Şəhərsalma (İNYŞ) inkişafı üçün şərait yaradacaq.

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Bakıda tramvay xətləri çəkiləcək – ÜNVANLARGələcək inkişaf – 2027-ci il

 

Tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi:

 

• Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi;

• mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması;

• giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin

asanlaşdırılması;

• əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə

əlaqələndirilməsi;

• Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.

 

“Ağ şəhər” və “Port Baku” ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:

 

• “Ağ şəhər” bulvarı xəttinin yaradılması;

• Mərkəzi “Ağ şəhər” xəttinin salınması.

 

28 May dəhlizinin inkişafının davam etdirilməsi:

• Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasında

birbaşa əlaqənin yaradılması;

• Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı;

• şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması;

• yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması.

 

Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi:

• dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı

əlaqəsinin yaradılması.

 

Gələcək inkişaf – 2040-cı il

 

Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:

 

• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat

sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi;

• cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin

genişləndirilməsi.

Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın

əhatə dairəsinin genişləndirilməsi:

• relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması;

• Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu.

nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi;

• “Təmiz Şəhər” ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat

vasitəsilə əlaqələndirilməsi;

• “Ağ şəhər”in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha

da genişləndirilməsi;

• Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi.

Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması:

• Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi;

• Dərnəgül dəmir yolu magistralına qoşulma;

109

• dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması;

• şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi).

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?