Əcnəbi turistlər Azərbaycanda hansı tibbi xidmətlər ala bilər?

Azərbaycanda turizmin digər sahələri kimi tibbi turizmin də inkişafı istiqamətində bir sıra addımlar atılmaqdadır. Belə ki, sağlamlıq turizmi sahəsində illərə söykənən ənənələri olan ölkəmizdə digər sahələrdə də qonaq qəbuluna hazırlıq gedir.

Bir neçə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin üzvləri arasında görüş keçirilib.

Aparılan müzakirələri “Report”a şərh edən ATAA İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hesab edir ki, Azərbaycanda tibbi turizmin potensialı böyükdür:

“Bəzən insanlar tibbi turizmlə sağlamlıq turizmini qarışdırır. Əslində isə onlar fərqlidir. Belə ki, tibbi turizmdə əsasən check-up paketləri və hansısa əməliyyatlar nəzərdə tutulur.

Əslində TƏBİB-in niyyəti odur ki, bu xidmətləri xarici vətəndaşlar üçün də həyata keçirsinlər. Çünki Azərbaycandakı dövlət xəstəxanaları ancaq yerli vətəndaşlar üçün bu xidmətləri təklif edirlər. Hazırda ölkədə bəzi özəl xəstəxanalar bu xidməti əcnəbilər üçün təşkil edir. TƏBİB də istəyir ki, bir neçə dövlət xəstəxanası da bu işi xaricilər üçün təşkil etsin. Turizm şirkətlərindən istədikləri budur ki, ölkəyə tibbi xidmətlər almaq məqsədi ilə gələnləri həmin xəstəxanalara yönəltsinlər.

Bu praktika xarici ölkələrdə geniş yayılıb. Məsələn, Türkiyədə elə turizm şirkətləri var ki, onlar sırf tibbi turizmlə məşğul olurlar. Onlardan başqa turizm xidmətləri istədikdə belə almaq mümkün deyil. Belə turizm şirkətlərinin xəstəxanalarla müqavilələri olur və onlar check-up ilə yanaşı əməliyyatlar həyata keçirirlər. Biz də oxşar təcrübəni Azərbaycanda reallaşdırmağa çalışacağıq”.

ATAA rəsmisi ölkəmizdə cəlbedicilik potensialı olan tibbi xidmətlərin sahəsinin getdikcə genişləndiyini qeyd edib:

“Azərbaycan əsasən stomatoloji xidmətlərdən yararlananlar, plastik cərrahiyyə əməliyyatları etdirənlər və saç əkdirmək istəyənlər arasında məşhurdur. Yenə də Türkiyə misalını göstərmək istəyirəm. Antalya bölgəsi stomatoloji və başqa bu kimi tibbi turizm xidmətlərinə görə məşhurdur.

Ölkəmizə də bu xidmətlərdən istifadə etmək üçün gələnlər var. Apardığımız monitorinqlərə görə, əsasən xaricdə yaşayan azərbaycanlılardır ki, onlar yaşadıqları Kanada, ABŞ kimi ölkələrdən Azərbaycana qayıdaraq stomatoloji xidmətlərindən istifadə edirlər. Qiymətlərə görə, Azərbaycanda dişlərin müalicəsi həmin ölkələrdən ən azı 5 dəfə ucuz başa gəlir.

Məncə potensial olaraq Asiya ölkələrindən, xüsusən də Qazaxıstan, Özbəkistan və Qırğızıstan vətəndaşlarının Azərbaycana müalicə üçün gəlmələri mümkündür. Hazırda onlar müalicə və müayinə üçün xaricə gedir. Çünki onlarda səhiyyə sektoru indi-indi formalaşmağa başlayıb. Amma biz bu məsələdə onlardan bir qədər öndəyik. Həmçinin MDB regionundan olan digər ölkələrdən də tibbi turizm üzrə turist cəlb edə bilərik. Əlavə olaraq onu da qeyd edim ki, ərəblərin də xaricdə tibbi xidmətlər almaqla bağlı təcrübəsi var. Onları da ölkəmizə cəlb edə bilərik.

Tibbi turizmin kifayət qədər güclü biznes və gəlir imkanları mümkündür. Yəqin ki, TƏBİB tezliklə hansı xəstəxanalarda tibbi turizm imkanlarının olmasını açıqlayacaq”.

Göydəniz Qəhrəmanov vurğulayıb ki, tibbi turizmin həm biznes, həm də Azərbaycanın imici baxımından inkişafı lazımdır: “Türkiyə və digər ölkələrlə müqayisə aparmaq üçün təcrübə toplamağımız lazımdır. Qardaş ölkənin bu sahədə uzun illərə söykənən kifayət qədər böyük təcrübəsi var

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?