Dünya rekorduçusu 24 yaşında yol qəzasında həlak olub

By Admin Şub 12, 2024

Keniyalı marafonçu Kelvin Kiptum 24 yaşında yol qəzasında dünyasını dəyişib.

 

“Report” xəbər verir ki, bu barədə “Nation Africa” məlumat yayıb.

 

Bildirilib ki, Kiptumun idarə etdiyi avtomobil bazar günü axşam saatlarında qəzaya düşüb. Avtomobildə idmançıdan başqa daha iki sərnişin olub. Onlardan biri, Kiptumun məşqçisi Gervais Hakizimana da dünyasını dəyişib. İkinci sərnişin qız olub, o, xəsarətlərlə xəstəxanaya aparılıb.

 

Kiptum aprelin 14-də Rotterdam marafonunda iştirak etməli idi. O, həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları üçün Keniya yığmasının heyətinə daxil edilmişdi.

 

2023-cü ildə Kiptum planetin bir sıra əsas marafonlarında – London və Çikaqoda iki yarışda qalib gəlib. Ümumilikdə bu seriyaya altı yarış daxildir – London, Berlin, Tokio, Nyu-York, Boston və Çikaqo. O, ötən il oktyabrın 8-də Çikaqo marafonunda 42 kilometr 195 metr məsafəni 2 saat 35 saniyəyə qət edərək dünya rekordu vurub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?