“Dünənki seçkilərdə xalq birbaşa sülhə və yarımçıq işlərin həllinə səs verdi” – DEPUTAT

“Dünən Azərbaycan xalqı dövlətimiz üçün çox vacib bir prosesdə iştirak etdi”.

 

Bunu Sonxeber.az-a açıqlamasında deputat Müşfiq Cəfərov bildirib.

 

Deputat qeyd edib ki, seçkidən sonra bir sıra vacib və həllini gözləyən işlər var ki onlara start vermək vaxtıdır:

 

“İkinci Qarabağ müharibəsindən sonra sülh və delimitasıya problemi öz həllini gözləyir. Xalqımız da yaxşı bilir ki, bu məsələlərin həllinin yeganə qarantı prezident cənab İlham Əliyevdir. Dünənki seçkilərdə xalq birbaşa elə sülhə və yarımçıq işlərin həllinə səs verdi.

 

Cənab İlham Əliyev bu illər ərzində Azərbaycanın regional və hətta beynəlxalq proseslərə təsir göstərə bilən mühüm bir dövlət olmasını təmin etdi. Xalqımız bu siyasi kursu daim dəstəklədi. Çünki dövlət başçısı Azərbaycana rəhbərlik etdiyi illər ərzində uğurlu xarici və daxili siyasət yürütdü.

 

7 fevral seçkiləri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinə və bundan sonrakı inkişaf mərhələsində də liderinin yanında olacağına mesaj oldu.Deyə bilərəm ki, Azərbaycan xalqı yenidən İlham Əliyevə sülh və sabitlik uğrunda mübarizəni davam etdirməsi üçün mandat verdi”.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?