DİQQƏT! Bürclər DƏYİŞDİ

By Admin Eyl10,2023

Yer kürəsinin orbitində hər il meydana gələn sürüşmələr nəticəsində ulduzların mövqeyini dəyişdiyi bildirilir

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yer kürəsinin orbitində hər il meydana gələn sürüşmələr nəticəsində ulduzların mövqeyinin dəyişdiyini açıqlayıb.
Sonxeber.az tür mətbuatına istinadən xəbər verir ki, NASA bu vəziyyətin bürclərin tarixlərinin də dəyişdiyi mənasına gəldiyini bildirir.

Açıqlamada indiki göy üzünün antik zamanlardakından çox fərqli olduğu, Günəşin 12 bürcü təşkil edən ulduzların üzərində yerləşdiyi zamanının da buna görə dəyişdiyi bildirilir. NASA-nın internet saytında, bürclər ilk dəfə olaraq Babillər tərəfindən istifadə edilməyə başlandığında 23 iyun-22 avqust arasında anadan olanların Şir bürcü olduğu, lakin bu tarix aralığının artıq Xərçəng bürcünə aid olduğu irəli sürülür.

Bunun səbəbi isə Yür kürəsinin orbitinin keçdiyi Şimal Qütbünün eyni istiqamətdə olmaması və nəticədə 3 min ildən sonra göy üzünün əvvəlkindən fərqli olmasıdır. Digər tərəfdən, astrologiyada 12 deyil, 13 bürcün olduğu qənaəti də getdikcə güclənir. NASA da qədim Babil mənbələrində 13-cü bürc olan Ophiuchus, yəni İlan bürcünə yer verildiyinə toxunur. Lakin Babillərin bilinməyən bir səbəblə Günəşin 30 noyabr — 17 dekabr tarixində üzərində olduğu İlan bürcünü bir kənara qoyduğu məlum olur. Yeni bürc təqvimim aşağıdakı kimidir:

Dolça: 16 fevral-11 mart
Balıq: 11 Mart — 18 Aprel
Qoç: 18 aprel — 13 may
Buğa: 13 may-21 iyun
Əkizlər: 21 iyun-20 iyul
Xərçəng: 20 iyul-10 avqust
Şir: 10 avqust-16 sentyabr
Qız: 16 sentyabr-30 oktyabr
Tərəzi: 30 oktyabr-23 noyabr
Əqrəb: 23 noyabr-29 noyabr
İlan: 29 noyabr-17 dekabr
Oxatan: 17 dekabr-20 yanvar
Oğlaq: 20 yanvar — 16 fevral

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?