Dezinformasiyaların mənbəyi “TikTok” – Qadağan edilməlidir?

By Admin Eyl5,2023
Azərbaycanda geniş auditoriyası olan “TikTok” sosial şəbəkəsində dezinformasiyaların sayı gündən-günə artır. Son günlər Azərbaycan-Ermənistan şərti sərhəddində baş verən hadisələr fonunda bu sosial şəbəkədə feyk xəbərlər yayılır və əhalidə təşvişə səbəb olur. Dünyanın bir çox ölkəsində bu hallar nəzərə alınaraq “TikTok”a məhdudiyyətlər qoyulur. Bəs Azərbaycanda?

Bu barədə Metbuat.az-a danışan deputat Fazil Mustafa deyir ki, bütün hallarda sosial platformanın qapadılması barəsində düşünmək yanlışdır. Əsas məsələ insanların bu platformalardan düzgün istifadəsini təmin etməkdir:

“Bizim ümumi mədəni səviyyəmizin aşağı olması bundan nataraz formada istifadə etməyimizə gətirib çıxarır. Maşın da qəza törədir, onda avtomobil sürməyi qadağan etmək lazımdır? Təyyarə qəzaya uğrayır, təyyarəyə minməyi qadağan etmək lazımdır? Televiziya tutaq ki, hansısa bir veriliş verir, televiziyanı silib-süpürmək lazımdır? Belə şeylər olmaz.

 

Ümumiyyətlə, biz cəmiyyətimizdə daha çox düşünən insanların sayını artırmalıyıq ki, bayağılılığa meyl etməsinlər. İnsanımızın böyük əksəriyyəti bayağılıq, lağlağı, səviyyəsiz söhbətlərə qulaq asmaq istəyir. Bu zaman da belə sosial şəbəkə platformalarının qadağan edilməsinə tələbat yaranır. Nə olacaq? Yenə məhəllədə, küçədə eyni davranışları davam etdirəcəklər. “TikTok”da, “Facebook”da sağlam kontentin paylaşılmasını təmin etmək lazımdır”.

 

Onun sözlərinə görə, insanların aydınlaşdırılması istiqamətində sistemli iş aparılmır. Deputat bildirir ki, “TikTok”un qadağan edilməsi ilə bağlı Milli Məclisdə məsələ qaldırmağa dəyməz:

 

“Bu baxımdan da sosial şəbəkənin təsiri altında bu cür təhsilsiz, dünyagörüşü dar olan insanlar belə bir istiqamətdə əxlaqsız, yaxud da cəmiyyətin, dövlətin problemlərini bir az daha yanlış şəkildə təqdim edən bir üslubu həyata keçirirlər. Bu da yolverilməzdir. Hər halda müharibə və başqa təxribat xarakterli addımlar varsa, buna hüquq mühafizə orqanları öz mövqeyini bildirməlidir. Amma qadağan eləmək barədə düşünmək yanlışdır. Bunu Milli Məclisdə səsləndirməyə də dəyməz”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?