“Dərsi danışdığına görə uşağı döymək”, “Kriminal avtoritet”ə meyillilik! Qarşısını necə alaq?- AÇIQLAMA

By Admin Oca 30, 2024

Xəbər verdiyimiz kimi, Azərbaycanda dərsi danışdığı üçün məktəblilər azyaşlı qızı döyüb. Hadisə Tovuz rayon Qovlar şəhər 2 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin şagirdləri uşağı vəhşicəsinə döyüb, suyun içinə atıblar. Valideyn məktəb direktorunun yanına gedərək vəziyyəti danışıb. Məktəb rəhbərliyi bildirib ki, hadisə məktəbdən kənarda olduğuna görə heç nə edə bilmərik. Bəs bu nə dərəcədə doğrudur? Azyaşlılar arasında zorakılıq hallarının qarşısı necə alınmalıdır?

 

Məsələ ilə bağlı, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova Sonxeber.az-a bildirib ki, uşaqlarda ilkin davranış müəyyən edilən zaman valideyn psixoloqa müraciət etməlidir:

 

“Buna görə də pulsuz psixoloji xidmət məsələsini aktuallaşdırmaq lazımdır. Psixoloji xidmət haqqında qanun var və ərazi üzrə tibb müəssisələrində bu xidmət göstərilir. Ola bilsin ki, valideynlərin çoxunun bundan xəbəri yoxdur. Amma uşaqda davranış pozuntusu olan kimi valideynə müraciət etməlidirlər. O cümlədən məktəblərdə ilkin işarələr görünən kimi psixoloq qiymət aparmalıdır. Psixoloq davranış pozuntusu və psixoloji məqamlar aşkarlanarsa, mütəxəssisə müraciət etməlidir və istiqamət verilməlidir. Bəzi uşaqlarda psixoloji yox psixiatrik müdaxiləyə ehtiyac var. Məsələnin bir tərəfi də odur ki, televiziyalar, filmlər, internetdə zorakılıq tətbiq edən materiallar və sosial şəbəkələrdə bunu təbliğ edən məlumatlar uşaqlar üçün maraqlı görünür”.

 

Mehriban Zeynalovanın sözlərinə, o yaş həddində olan uşaqlar bunu bir liderlik, başqasını əzməklə özünün təsdiqini tapmaq kimi halları ilə özünə uyğunlaşdırır:

 

“Bu cür zərərli informasiyaların qarşısını almaq üçün tədbirlər planı var. Amma kifayət qədər effektiv deyil. Bununla bağlı kifayət qədər böyük işlər görülməlidir. Valideynlər uşaqlarına ciddi nəzarət etməlidir. O cümlədən oyunlar var. Hansı ki, bu oyunlar zorakılığı təbliğ edir. Uşaqların əksəriyyəti internet oyunları ilə məşğuldur. Valideynlər deyir ki, uşaqlar evdə sakir oturublar, oyun oynayırlar və heç kimin təsirində deyillər. Amma sözügedən zorakılıq tətbiq edən oyunlar uşaqlar arasında geniş yayılıb. Bununla bağlı məhdudiyyət tətbiq edilməlidir. Çox təhlükəli bir haldır. Uşaqlar bunlardan həzz alırlar və tətbiq etməyə çalışırlar”.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?