Əsas Xəbərlər
13 Temmuz 2024

Çexiyada matəm ELAN EDİLDİ

By Admin Ara22,2023

Çexiyada universitetdə atışma nəticəsində çoxsaylı itkilərlə əlaqədar ölkədə bir günlük matəm elan edilib.

 

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi iclasından sonra bu barədə ölkə prezidenti Petr Pavel bildirib.

 

Onun sözlərinə görə, dekabrın 23-ü ölkədə matəm elan olunub, bununla əlaqədar rəsmi binalarda bayraqlar yarıya qədər endiriləcək və günorta saatlarında hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

 

Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində atışma olub.

 

Polis rəisi Martin Vondrasek atışmadan sonra jurnalistlərə bildirib ki, hadisə nəticəsində 14 nəfər həlak olub, 25 yaralı var və onlardan 10-nun vəziyyəti ağırdır.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?