Cenevrədə Azərbaycan milli rəqsləri təqdim olunub

Hər ilin noyabr ayında olduğu kimi, bu il də Cenevrənin “Palexpo” sərgi mərkəzində “Les Automnales” payız yarmarkası təşkil olunub. AZƏRTAC xəbər verir ki, on gün davam edən yarmarkanı hər il yüz mindən çox insan ziyarət edir və 600-dən çox müxtəlif sərgi və animasiya, salonlar və müxtəlif tədbirlər keçirilir. Yarmarkada hər il keçirilən tədbirlərdən biri də müxtəlif xalqların döyüş sənəti, eləcə də mahnılar, musiqi və rəqslər sahəsində uğurlarını geniş ictimaiyyətə təqdim etməyə imkan verməklə, incəsənət və idman sahəsində fəaliyyət göstərənləri birləşdirən “Hərəkətlər sənəti salonu”dur (Salon de l’Art du Mouvement). Soydaşımız Mariya Xan-Xoyskaya Martiqnolinin rəhbərlik etdiyi və üzvləri Cenevrədə yaşayan azərbaycanlıların övladlarından ibarət olan “İRS” uşaq rəqs qrupu tədbirdə Azərbaycan xalq rəqslərini geniş ictimaiyyətə təqdim edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?