“Cavanşir Məmmədov nəslimdən üzr istəməsə…” – QALMAQAL

Əməkdar artist Cavanşir Məmmədovun başı qalmaqallardan açılmır. Onun bu günlərdə yayılan borc qalmaqalına yeni biri də əlavə olunub.

Lent.az-ın xəbərinə görə, Cavanşir Məmmədovun qızı Xatirənin keçmiş sevgilisi olduğunu iddia edən Kemal Mustafa İbil verilişlərdən birinə çıxaraq kömək istəyib. Əməkdar artist Mustafanın ondan külli miqdarda pul aldığını söyləyib. Mustafa isə pulları özünün yox, Xatirənin aldığını iddia edib. Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbilin onu aldatdığını bildirib.

Cavanşir Məmmədov qaynar müzakirələrə qatılan yaşlı qadına “Nə gündəsən? Gözlərinə göy çəkmisən, ayıb olsun” deyib. Bundan sonra həmin qadın müğənnini məhkəməyə verib.

“Millət mənim gözüm üçün ölür. Mən qadınam, bəzənirəm, Cavanşir paxıllıq edib, təhqir etdi. Cavanşir hamının gözü önündə məndən və nəslimdən üzr istəməsə, bağışlamayacam, sona qədər də haqqımı tələb edəcəyəm. O, məni təhqir edib”, – qadın bildirib.

Cavanşir Məmmədov isə buna cavab olaraq çox qəzəbli şəkildə “demişəm, çox əcəb eləmişəm” deyib.

O, qadına doğru hərəkət edərək, onu hədələyib, əl qaldırmaq istəyib, yaranmış qalmaqalın daha da şiddətlənməməsi üçün digər tamaşaçılar onları ayırıblar.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?