Əsas Xəbərlər
13 Temmuz 2024

Bu ölkə Aya raket göndərdi

By Admin Tem15,2023

Bu gün Hindistanda “Çandrayaan-3” Ay stansiyası uğurla işə salınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, stansiya LVM3 daşıyıcı aparatı ilə orbitə çıxarılır. Bu barədə Hindistan Milli Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.

Çandrayaan-3 Yer orbitinə çıxan kimi Aya doğru avtonom uçuşa başlayacaq.

Ay stansiyasında eniş aparatı, marş bölməsi və ay gəzdiricisi var. Bütün kompleksin vəzifəsi planetlərarası uçuşlar üçün texnologiyaları sınaqdan keçirməkdir. Təcrübə planına əsasən, aparat Ayın səthinə yumşaq eniş etməlidir. Bundan sonra çəkisi 20 kq olan stansiya Ay səthinin kimyəvi analizini aparacaq. Ümumilikdə, raketin missiyası 14 gün üçün nəzərdə tutulub.

Xatırladaq ki, Hindistan 2019-cu ildə əvvəlki analoji stansiyanı – “Çandrayaan-2”ni işə salıb və o, öz missiyasını yalnız qismən yerinə yetirib. Daha sonra Ay stansiya olan eniş aparat sıradan çıxıb və rabitə problemləri səbəbindən yerə enmək istəyərkən qəzaya uğrayıb. Bununla belə, əsas blok bu günə qədər Ay orbitində fəaliyyətini davam etdirir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?