“Bu gün Azərbaycan polisi istənilən təxribatın qarşısının alınmasında böyük gücə və peşəkarlığa malikdir” – DEPUTAT

By Admin Tem2,2024
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, umummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul – Azərbaycan Polisi Günü elan edilib:

“Yarandığı dövrdən Azərbaycan polisi çətin və ağır sınaqlardan keçməli olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi həkk olunub. Bu illərdə ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarında peşəkar və vətənpərvər kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Məhz həmin qərarların nəticəsində 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1 695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1 710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 143 nəfər orden və medallara layiq görülüb”.

Deputat vurğulayıb ki, müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti ağır və gərgin olub:

“Cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı 2 640 nəfər xəsarət alıb. Cənab prezident İlham Əliyev 2003-cü ilin oktyabrında dövlət başçısı seçildikdən sonra həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. Eləcə də Daxili İşlər Nazirliyinin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində lazım olan bütün addımlar atılıb. Bir sözlə demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb. Ölkə başçısının diqqət və qayğısı sayəsində davam edən bu inkişaf vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Pandemiya dövründə vətəndaşımızın sağlamlığının qorunmasında da Azərbaycan polisinin əməyi böyük oldu:

“Koronavirus pandemiyası ilə mübarizə dövründə də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirərək vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparırdı. Eləcə də 44 günlük Vətən müharibəsində. 2020-ci ilin sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılıb. Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilib. Murovdağ döyüşləri zamanı “Pələng” və “Şahin” Xüsusi Təyinatlı Dəstələri savaşıb, şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olub. Ümumilikdə isə Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçisi isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb”.

Deputat söyləyib ki, bu gün Azərbaycan polisi istənilən təxribatın qarşısının alınmasında böyük gücə və yüksək peşəkarlığa malikdir.

“Azərbaycan polisi peşəkarlığına görə tək regionun deyil, həm də bir sıra aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir. Bu gün vətəndaşlarımızın daxili işlər orqanların əməkdaşlarına olan güvəni sonsuzdur. Məhz polislərimizə görə hər birimiz evimizdə təhlükəsiz və rahat şəkildə yaşaya bilirik”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?