Britaniyada koronavirusun çoxlu mutasiyaya malik yeni variantı tapılıb

By Admin Ağu19,2023

Böyük Britaniyada 30-dan çox mutasiya ilə xarakterizə olunan BA.2.86 koronavirus variantı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

“UKHSA vəziyyəti qiymətləndirir və inkişaf etdikcə əlavə məlumat verəcək”, – agentliyin rəhbərinin müavini Mira Çand bildirib.

“The Guardian” qəzetinin qeyd etdiyi kimi, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-da qeydə alınıb.

Hazırda dünyada yayılan ən çox yayılmış koronavirus variantları XBB.1.16 və EG.5-dir.

Mütəxəssislərin fikrincə, BA.2.86 variantının delta və ya omikron ştamları qədər ölümcül olması ehtimalı azdır.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?