Böyük Britaniyada 30-dan çox mutasiya ilə xarakterizə olunan BA.2.86 koronavirus variantı aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.
“UKHSA vəziyyəti qiymətləndirir və inkişaf etdikcə əlavə məlumat verəcək”, – agentliyin rəhbərinin müavini Mira Çand bildirib.
“The Guardian” qəzetinin qeyd etdiyi kimi, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-da qeydə alınıb.
Hazırda dünyada yayılan ən çox yayılmış koronavirus variantları XBB.1.16 və EG.5-dir.
Mütəxəssislərin fikrincə, BA.2.86 variantının delta və ya omikron ştamları qədər ölümcül olması ehtimalı azdır.