BMT rəsmisi: Gələcək pandemiyaların qarşısını almaq lazımdır

By Admin Mar17,2024

Azərbaycan İİV/QİÇS-ə yoluxmaların qarşısını alır, ölümlərin sayını azaldır.

“Report” xəbər verir ki, bunu BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun altıncı panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sağlamlıq hər kəsin hüququdur: “Bu, insanların hüquqlarından biridir. Sağlamlığın təminatı hər kəs üçün əlçatan olmalıdır. Ümumiyyətlə, gələcək pandemiyaların qarşısını almaq lazımdır”.

BMT rəsmisi bildirib ki, cinsi zorakılığa qarşı mübarizə də güclənməlidir: “Bu məsələdə ayrı-seçkiliyə yol verilməməlidir. Biz hər bir insana fərd kimi yanaşmalıyıq. Hər bir şəxs tibbi xidmətlərdən yararlanmalıdır. Təəssüf ki, əsas problemlərdən biri tibbi ləvazimatlara əlçatanlıqla bağlıdır. Bu problem Şərqdə daha çox yayılıb. Çünki dərmanlar həyatı xilas edən vasitədir. Ümumdünya Səhiyyə Təşkilatı hər kəsin dərmanlara çıxışını təmin etməlidir. Dərmanlar ədalətli qiymətə satılmalıdır. Bu, dünya maliyyə bazarında düzgün tənzimlənməlidir”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?