BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib

By Admin Eki13,2023

Oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

​İnkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır.

Ölkəmiz Hərəkata sədrliyi dövründə inkişaf hüququnun təşviq edilməsi və hüquqi bazasının gücləndirilməsi istiqamətində çoxsaylı addımlar atmış, inkişaf etməkdə olan ölkələrin mövqeyi və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsində aktiv və nəticəyönümlü fəaliyyətlər aparıb.

Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Toplantısı (25-26 oktyabr 2019) və Hərəkatın Əlaqələndirici Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasının (5-6 iyul 2023) yekun sənədlərində inkişaf hüququnun təşviqi məsələsinə xüsusi vurğu edilib.

Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambelyasına təqdim edilməsinə yol açır.

​Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli beynəlxalq formatlarda insan hüquqlarının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqi və irəlilədilməsində aktiv fəaliyyətini davam etdirəcəkdir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?