“Barselona” klubunun qapıçısı əməliyyat olunub

İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

 

“Report” xəbər verir ki, almaniyalı qolkiper Fransada belindən əməliyyat keçirib.

 

Ağrılar səbəbindən komandanın son 3 oyununu buraxan 31 yaşlı futbolçunun təxminən 2-3 aydan sonra yaşıl meydançalara qayıdacağı açıqlanıb. Həkimlər onun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə qədər sıraya dönməsinə çalışırlar.

 

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinə 2024-cü il fevralın 13-14-də keçiriləcək oyunlarla start veriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?