Bakıda növbəti iməclik keçirilib

Yay mövsümündə havaların kəskin isti keçməsi, şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.

Bu barədə “Report”a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməclikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?