Bakıda ailə üzvlərini önə verərək üç polisi öldürən şəxs zərərsizləşdirilib

By Admin Haz24,2024

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

  1. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?