Beynəlxalq dərəcəli hakim-inspektor, FIFA referisi Babək Quliyev ilk dəfə UEFA-dan təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda Almaniya, Polşa, Şimali Makedoniya və Qazaxıstan yığmaları mübarizə aparacaqlar. Oyunlar oktyabrın 11-dən 17-dək Polşada təşkil olunacaq.