Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib

İsraildə yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

AZƏRTAC xəbər verir ki, səfirliyin X sosial şəbəkə hesabında yayılan müraciətdə bildirilib: “İsrailin Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar, Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”.

Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?