Azərbaycanın gələcəkdə də astronavt və kosmonavtları olacaq – MÜSAHİBƏ

By Admin Eki4,2023

“Bakıdakı 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi gördüyüm ən təsirli açılış tədbiridir. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında bu tədbir müstəsna rol oynadı. Hər şey yüksək səviyyədə təşkil olunub, buna görə ev sahiblərinə öz təşəkkürümü bildirirəm.

Bakı Beynəlxalq Astronavtika Konqresindəki sərgilər, plenar zallar, maraqlı mövzular, texniki sessiyalar, bir sözlə hər tədbir çox rahat şəkildə baş tutur. Biz xoşbəxtik, kiminlə danışsaq, burada olmaqdan məmnun olduqlarını deyirlər”.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Beynəlxalq Astronavtika Federasiyasının (IAF) icraçı direktoru Kristian Faytinger deyib. Müsahibəni təqdim edirik:

– Azərbaycan, Azərbaycan Kosmik Agentliyi, “Azərkosmos” ilə növbəti əməkdaşlıq barədə nə deyə bilərsiniz?

– “Azərkosmos” ilə gələcəkdə əməkdaşlığa müsbət yanaşırıq. Bu Konqresin təşkilatçılığını da biz “Azərkosmos”la bərabər etdik. Gələcəkdə də tədbirlər də həyata keçirmək üçün bir sıra planlarımız var. Azərbaycanı təbrik edirik ki, ölkədə heyrətamiz uğurlar və inkişaf var. Əlbəttə ki, bu Konqresdə hər şey mükəmməldir.

– Azərbaycanlı astronavtların yetişdirilməsi üçün nə lazımdır və bunu neçə ilə etmək mümkündür?

– Bəli, bu gün bir çox yeni yaranan kosmik missiyalar, insanların kosmosa uçuş proqramlarında Azərbaycan kosmonavtlarının və astronavtlarının birinci ola biləcəyini düşünürəm. Çünki Azərbaycanın kosmos tarixini yaxşı bilirəm. Həyatımın çox hissəsini əhatə etdiyi üçün sovet dövrünü də yaxşı bilirəm. İlk canlının da, ilk insanın da kosmosa səyahətinin hazırlanmasında Azərbaycan böyük bir oğlunun (Sovet kosmik proqramının banilərindən olan Kərim Kərimov nəzərdə tutulur – AZƏRTAC) xeyli xidməti olub. SSRİ miqyasında kosmik gəmilərin qurulmasında və tədqiqatların aparılmasında bir neçə azərbaycanlı alim və mütəxəssisin də rolunu qeyd etmək lazımdır. İndiyə qədər əksəriyyət yalnız bir Sovet kosmonavtının – Musa Manarovun Bakıda anadan olmasını bilirdi. Musa Manarova ilk azərbaycanlı kosmonavt demək mümkündür. Belə bir tarixə malik olan ölkənin, əlbəttə, gələcəkdə də astronavt və kosmonavtları olacaq. Bunun üçün beynəlxalq təcrübə və əməkdaşlıq çox önəmlidir.

– Hazırda sərgi pavilyonunda təmsil olunan Hindistan Kosmik Agentliyi haqqında nə deyə bilərsiniz? Belə başa düşdüm ki, IAF ilə Hindistan Kosmik Agentliyi daha sıx əməkdaşlıq etmək niyyətindədir…

– Hindistan Kosmik Agentliyi bizim üçün son dərəcə vacib tərəfdaşdır. Hindistanlı Rakeş Kumar Sinqh Bhadauriya uzun illər IAF-ın vitse-prezidenti olub. İndi o, prezidentin xüsusi müşaviridir. İndiki vitse-prezidentimiz də hindistanlıdır. Ötən il “Vision All India”nın Aydakı son uğurlarına görə hazırda bütün dünyanın nəzərləri Hindistanın üzərindədir. Qarşıdan gələn insanlı, yəni astronavtlarla kosmik uçuş proqramına görə hamımız həyəcanlıyıq. Biz Hindistanda baş verən kosmik hadisələrə çox müsbət baxırıq.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?