Azərbaycanda triatlon üzrə beynəlxalq turnir keçirilə bilər

2024-cü ildə triatlon üzrə İRONMAN (uzun məsafə) seriyası Azərbaycanda keçirilə bilər.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə ölkə çempionatı zamanı jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri hazırda beynəlxalq turnirin ev sahibliyi ilə bağlı danışıqların davam etdiyini bildirib:

“Gələn il İRONMAN brendinin ölkəyə gətirilməsini planlaşdırırıq. Bu, Azərbaycana həm turizm baxımdan böyük təkan verər, həm də idmançıların axınına yol açar. Yüksək səviyyədə yarışa ev sahibliyi etməyi planlaşdırırıq. Danışıqlar artıq bitmək üzrədir”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?