Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.

 

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunmuş 100 km məsafəyə qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçiriləcək.

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir.

 

Yarışa noyabrın 24-ü saat 03:00-da start veriləcək. Ağ şəhər bulvarından Su idman sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi saat 16:30-da keçiriləcək. Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?