Azərbaycanda icra hakimiyyətində əməliyyatın keçirildiyi RƏSMƏN TƏSDİQLƏNDİ – YENİLƏNİB

By Admin Mar5,2024

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur”.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

 

16:29

 

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.

 

Qeyd edilib ki, icra başçısının birinci müavini Səməd Tomuyevin və digər müavinlərin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif məzmunlu məlumatlar yayımlanıb. Cavab olaraq bildiririk ki, yayımlanan məlumatlar həqiqəti əks etdirmir. Məsələ ilə bağlı ətraflı məlumatın verilməsi təmin ediləcək.

 

16:10

 

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

 

Sfera.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?