Azərbaycanda evdən qaçan qadınla bağlı ŞOK TƏFƏRRÜAT – Özünü və uşaqları DİŞLƏYİRDİ

By Admin Oca 25, 2024

İki körpə uşağını evdə qoyub qaçan qadınla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Sonxeber.az xəbər verir ki, ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinə çıxan və iki uşağını qoyub qaçan Gülçiçək Rzayevin anası qızında psixoloji problemlərin olduğunu bildirib.

Qadın vurğulayıb ki, Gülçiçək özünü və uşaqları dişləyirdi:

“Gülçiçək uşaqları döyürdü. Əlinin içini o qədər dişləmişdi ki, dərisi bərkimişdi. Gülçiçək özünü gəmirirdi. Tapılsa özünüz də görəcəksiniz. Uşaqlar ağlayanda Gülçiçək özünü və uşaqları dişləyirdi. Qaynanası onu həkimə də apardı. Dedilər ki, beyin qatında qatlaşma gedir. İkinci uşaq olandan sonra Gülçiçəyin psixologiyası pozuldu. Uşaqları döydüyünə görə həyat yoldaşı və mən Gülçiçəyi çox danlayırdıq. Mən kürəkənimə dedim ki, Gülçiçəyə telefon vermə. O, telefonla çox oynayırdı”.

Gülçiçəyin həyat yoldaşı qayınanasının düz danışdığını söyləyib:

“Gülçiçək uşaqlara işgəncə verirdi. Sonundu dəfə atası balaca uşağı onun əlindən zorla alıb. O, uşağı sinəsinə basıb öldürmək istəyib. Atası uşağı xilas edib”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?