“Azərbaycan səhiyyəsində və tibbində çatışmayan cəhətlər çoxdur” – Razi Nurullayev

By Admin Oca 12, 2024

“Hər bir prezidentliyə namizədin qaşısında çox ciddi məsuliyyət və öhdəliklər var. Mənim üçün bu gün Azərbaycanda insanların sosial vəziyyətinin yaxşılaşdırılması ən ümdə problemdir. Zəfər çalan xalqın daha yaxşı yaşaması vacibdir. Biz hal-hazırda işlədiyimiz və yanvar ayının 15-dən başlayacağımız təşviqat kampaniyasında bu məsələlər üzərində fokuslaşacağıq: sosial-iqtisadi məsələlər, xalqın yaşayışı və Azərbaycan xalqının hüquq və azadlıqlarının qorunması”.

 

Bu sözləri Sonxeber.az-a müsahibəsində Milli Məclisin deputatı, Milli Cəbhə partiyasının sədri Razi Nurullayev deyib. Deputat müsahibəsində təşviqat kampaniyası istiqamətində suallara aydınlıq gətirib.

 

Eyni zamanda Razi Nurullayev Respublika Perinatal mərkəzdə baş verən yanğında təhlükəsizlik və Azərbaycanda səhiyyə sistemi ilə bağlı məsələlərə toxunub:

 

“Azərbaycan səhiyyəsində və tibbində çatışmayan cəhətlər çoxdur. Bununla bağlı zaman-zaman təşviqat kampaniyasında danışacağam. Sahə üzrə ciddi irəliləyişlər olsa da, ciddi geriləmələr də var. İdarəçilik ilə bağlı zəiflik və paralelik var. Çeviklik və idarəetmədə problemlər mövcuddur”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?