Azərbaycan müxalifətinin Xankəndi sınağı

Kimlər üzüağ çıxdı, kimlər yox: opponentlərin şərhi…

Azərbaycan Ordusunun həyata keçirdiyi 23 saat 43 dəqiqəlik lokal antiterror tədbirləri zamanı, eləcə də ondan sonra ölkə müxalifətinin sosial şəbəkələrdə nə yazdıqları, nə pozduqları yaxından izlənilir. Ümumi götürdükdə, istər II Qarabağ savaşı, istərsə də indi olsun, əksər müxalif qüvvələrin milli birlik nümayiş etdirdiklərinin şahidi olduq. Hətta bəzi şəxslərin sərgilədikləri mövqe təəccüb də doğurmaya bilməzdi. Amma bununla belə, “qozbeli qəbir düzəldər” atalar sözündən kənara çıxa bilməyənlər də oldu…

Antiterror tədbirləri başlayan kimi, qeydiyyatda olan 26 siyasi partiyadan 23-ü bu tədbirləri tam şəkildə dəstəklədikləri ilə bağlı bəyanat yaydı. Bəyanata yalnız 3 partiya – Müsavat, AXCP və REAL imza atmadı. Bu da ictimaiyyət tərəfindən etirazla qarşılandı. Doğrudur, Müsavat və REAL-ın bəzi funksionerləri səviyyəsində bildirilən mövqelərdə antiterror tədbirlərini dəstəklədikləri ifadə olunurdu. AXCP-nin mövqeyinə isə söz tapmaq olmurdu. Sanki hansısa dairələrin sifarişlərini yerinə yetirən qurum təsiri bağışlayırdı. AXCP sədri Əli Kərimli demək olar ki, hər gün statuslar paylaşır, canlı efirlərə çıxır, tarixi, əsrlərə sığmayan qələbimizi daha çox qabartmaq əvəzinə, əvvəl tam qələbənin qazanılmadığını daha çox önə çəkməyə çalışırdı, ard-arda qələbə xəbərləri çatdıqca da, “valı dəyişir”, şəhidlərimizin guya çox olması görüntüsü yaratmağa çalışırdı. Amma heç bir niyyətinin həyata keçmədiyini görəndən sonra indi də Rusiya sülhməramlılarının Qarabağda qaldığı sürəcdə qələbədən danışmağın tez olduğu barədə ara-sıra fikirlər səsləndirməyə başlayıb. Partiya rəhbərliyində təmsil olunanlar, eləcə də sıravi üzvlər səviyyəsində də eyni kampaniya aparılır. Son günlərdə isə Ə.Kərimli son kozırlarını işə salıb. Çıxdığı canlı efirlərdən birini bu başlıqla paylaşıb: “Bəs Rusiya “sülhməramlılarının” taleyi necə olacaq? 2025-ci ili gözləməyin heç bir mənası yoxdur. Müzakirə ediləcək məsələ də yoxdur. Qarabağda indi üz-üzə duran silahlı tərəflər, təmas xətti yoxdur ki, “sülhməramlının” iştirakı üçün də bəhanə olsun. Rusiya ordusunun Qarabağda qalması üçün nəinki səbəb, heç bəhanə də qalmadı. Rusiya ordusu ləngimədən Qarabağdan çıxarılmalıdır”.

İndiki vaxtda təbii ki, bunu hər kəs istəsə də, çox çətin bir proses olduğunu hamımız bilirik. Xüsusilə də həmin sülhməramlıların Qarabağda qalma müddətlərinin bitiminə hələ 2 ilə yaxın müddət qalır. Ali Baş Komandan İlham Əliyev də hər çıxışında vaxtı çatanda Rusiya sülhməramlılarının bölgəni tərk edəcəklərini dilə gətirir. Hətta Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da bu barədə danışıb. İndi bunun fonunda tarixi qələbəmizi qeyd etmək əvəzinə, bu məsələni qabartmaqla öz aləmində AXCP lideri müxalifətçilik edir. Axı indiki vaxtda bir bayraq altında hamının nəzərlərinin bir nöqtəyə zillənməsi çox vacib olmazdımı?

AXCP sədri ilə eyni mövqedən çıxış edən, digər siyasi təşkilatlarda təmsil olunanlar da var ki, adlarını çəkib, “şərəfləndirmək” istəməzdik…

MOBİL VERSİYA

496 03.10.2023 09:40 A A

Gültəkin Hacıbəyli saxlanıldı, məhkəməyə çıxarıldı və…

Gültəkin Hacıbəyli

Ə.Kərimli ilə birlikdə əsasən AXCP-dən ibarət olan Milli Şura rəhbərliyində yer alan qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin isə son savaşda sərgilədiyi mövqe təəccüblənməməyə əsas vermir. Bu da səbəbsiz deyil. Çünki II Qarabağ savaşı vaxtı və ondan sonra keçən müddətdə verdiyi bir neçə açıqlama ilə xanım siyasətçi ciddi qınaq obyektinə tuş gəlmişdi. Amma indi etiraf edək ki, proseslərdə təqdirəlayiq münasibət sərgiləyir, hətta bəzi məqamlarda alqışı da haqq edir.

G.Hacıbəyli bir statusunda yazır: “Sarsaq “artsax” rejimi yanvarın birindən özünü buraxdığını bildirib. Xankəndinə Azərbaycan Ordusu daxil olub. Tamaşaçıların çoxsaylı istəkləri üzərinə Ruben Vardanyanın başını əyib qollarını da burdular. Tarixi günlər yaşayırıq.

On minlərlə insanımızın həyatı, bir milyon insanın zülmü, on milyonun illərlə davam edən depressiyası və mənəvi iztirablarına bais olan 30 ilin lənəti bitmək üzrədir. Həm də bizə bu zülmü edənlər üçün rüsvayçı sonluqla.

Bu günləri şəhidlərimizə borcluyuq. Bu millət yaşasın deyə gənc arzularını diri-diri torpağa gömən ana quzularına.

Əslində 44 günlük savaşda 10 min fərarisi olan Ermənistana qarşı Azərbaycanın bircə nəfər fərarisi olmayanda millətimiz bu Zəfəri qazanmışdı.

Sevincliyəm.

Kövrəyəm.

Yorğunam.

30 ilin yorğunluğu var canımda.

Bu lənət gerçəkdən bitmək üzrədir”.

Erməni cəlladı Zori Balayanın fotosunu paylaşan G.Hacıbəyli bunları qeyd edir: “Ey həyat, sən bizim təsəvvürlərimizi necə alt-üst etməyi bacarırsan!

Nə vaxtsa Zori Balayanın yaşadığına sevinəcəyimi desəydilər, ağlımı, təxəyyülümü zorlasaydım belə, təsəvvür edə bilməzdim.

Zori Balayanın ölüm ayağında olsa belə “Ocaq”ının sönməsini öz gözləri ilə görməsini bilmək adamın qəlbinə su səpir.

“Gün gələr, hesab dönər” demişdi babalarımız.

Hesab döndü”.

Belə məlumatlar da var ki, xanım siyasətçi təmsil olunduğu düşərgədə, eləcə də Avropadakı bəzi mühacirlər, daha çox da “söyüş müxalifəti” tərəfindən bu mövqeyinə görə tənqid olunur.

Əslində onun bir statusunda bu barədə mesaj verilir: “Qarabağın işğaldan azad olunmasına necə sevinməmək olar? Buna sevinənləri necə “xain, satqın, trol, əxlaqsız, mənəviyyatsız, AZTV, konformist” adlandırmaq olar?! Ən böyük, ən ülvi, ən müqəddəs arzumuz bu deyildimi?!

Beynim error verir bu münasibəti görəndə.

Kəsdirə bilmirəm.

“Qarabağ işğaldan azad olunduğu üçün bizə demokratiya, insan hüquqları, ədalət lazım deyil” deyən kimdir?! “İnsan ən ali dəyər deyil” deyən kimdir?!

Hələ gediləcək çox yolumuz var. Zatən 13 ildir gecə-gündüz bunlardan danışırıq, yazırıq. Bunlardan danışdığımıza-yazdığımıza görə 13 ildir çəkdiklərimiz bircə günün içində nə tez unuduldu?!

35 ilin, hətta 100 ilin ən böyük qarayarası, dərdi Vətənimin bağrından kökündən qazılıb atılırsa, ölkəmin altına döşənmiş etnik separatçılıq minaları topdan sıradan çıxarılırsa, ağlımıza belə gətirə bilmədiyimiz xəyallarımız gerçək olursa, mənim buna görə sevinməyim suçmudur?! Bu millətin 18 yaşlı ana quzuları bu amal uğruna gəncəcik ömürlərini, yaşanmamış arzularını diri-diri torpağa gömmədilərmi?!

Təəssüf edirəm”.

Digər müxalif partiyaların şanlı qələbəmizdən sonrakı fəaliyyətlərini izlədik.

 Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı qələbəmizin elanından dərhal sonra xəritədə barmaqlarını Zəngəzura tuşladığı və üzərində “Xankəndi. Məsələ yekunlaşdı, hədəf Zəngəzurdur” sözləri yazılan bir fotosunu bu sözlərlə paylaşıb: “Azərbaycan xalqını yaşadığı bu tarixi günlərdə TƏBRİK EDİR, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirik. Şəhid və valideynlərinə minnətdarlıq ifadə edirik. Azərbaycan bayrağının Xankəndidə dalğalanması bizi gözləyən Göyçə, Zəngəzurun azadlıq xəbərçisi olsun. AĞ Partiya Dövlətimizi və Xalqımızı təbrik edir. Güclü Azərbaycan və Türkiyə qardaşlığı Böyük Turanın əsasıdır. Turan təbrikini dilə gətirmək ümidi ilə”.

Pənah Hüseyn

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn qələbəmizi bu sözlərlə paylaşıb: “Qələbə. Şəhidlər ölməz. Azərbaycan əsgərinə eşq olsun. Yaşasın, Azərbaycan!”

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “İndi hamı rahat nəfəs alacaq… Yaşasın Azərbaycan Ordusu! Xalqımızı təbrik edirəm”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı qələbəmizin elanından dərhal sonra xəritədə barmaqlarını Zəngəzura tuşladığı və üzərində “Xankəndi. Məsələ yekunlaşdı, hədəf Zəngəzurdur” sözləri yazılan bir fotosunu bu sözlərlə paylaşıb: “Azərbaycan xalqını yaşadığı bu tarixi günlərdə TƏBRİK EDİR, şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirik. Şəhid və valideynlərinə minnətdarlıq ifadə edirik. Azərbaycan bayrağının Xankəndidə dalğalanması bizi gözləyən Göyçə, Zəngəzurun azadlıq xəbərçisi olsun. AĞ Partiya Dövlətimizi və Xalqımızı təbrik edir. Güclü Azərbaycan və Türkiyə qardaşlığı Böyük Turanın əsasıdır. Turan təbrikini dilə gətirmək ümidi ilə”.

Pənah Hüseyn AXP-ni lağa qoyanlara belə CAVAB VERDİ

Pənah Hüseyn

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn qələbəmizi bu sözlərlə paylaşıb: “Qələbə. Şəhidlər ölməz. Azərbaycan əsgərinə eşq olsun. Yaşasın, Azərbaycan!”

Elşad Musayev Prezident Adminstrasiyasında olub – Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “İndi hamı rahat nəfəs alacaq… Yaşasın Azərbaycan Ordusu! Xalqımızı təbrik edirəm”.

Arzuxan Əlizadə: “Qısa müddətdə 4000-dən çox üzv cəlb etmək asan deyil”

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə: “Azərbaycan olaraq daha bir zəfərə imza atdıq!

30 il ərzində qurulmuş və “keçilməz” hesab olunan istehkamlar qısa müddətdə keçildi, 24 saat ərzində 10 min nəfərlik düşmən “ordusu” darmadağın edilərək ağ bayraq qaldırmağa məcbur edildi!

Həm də elə bir məqamda ki, az qala bütün “demokratik dünya” Laçın yolu üzərindən üstümüzə gəlirdi!.. Bu möhtəşəm qələbənin təməlində detalları hər kəsə bəlli olmayan ayların, illərin gərginlikləri, zəhməti var təbii ki…

Amma bu elə hər birimizin qələbəsidir, həm də!

Və bu qələbəni bizə yaşadan, başımızı uca edən hər kəsə, başda Ali Baş Komandan olmaqla, Azərbaycan Silahlı Qüvvələrinə, qəhrəman əsgər və zabitlərimizə sonsuz təşəkkürlər!

Allahdan Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa diləyi ilə! Qarabağ Azərbaycandır”.

Arif Hacılı

Müsavat dəstək bəyanatına imza atmayan partiyalardan olsa da, partiya sədri Arif Hacılı bu statusu yazıb: “Sülhə məcburetmə əməliyyatı hələlik bu mərhələdə uğurla başa çatdı. Eşq olsun Azərbaycan Ordusuna. Tanrı Azərbaycanımızı qorusun”.

A.Hacılı son statusunu da Qarabağda gorbagor olan qondarma rejimin özünü buraxmasına həsr edib: “Qarabağdakı qondarma rejim özünü buraxdı. Böyük, tarixi hadisədir. Azərbaycanda və ümumiyyətlə regionda yeni tarixi dövr başlayır. Bütün Azərbaycan xalqını təbrik edirəm”.

İsa Qəmbər

Müsavatın keçmiş başqanı, MSDM rəhbəri İsa Qəmbərin də profilinə diqqət etdik. İ.Qəmbər efirlərə çıxdığı canlı yayımların hər birini öz feysbuq profilində paylaşaraq, qələbə münasibətilə xalqımızı təbrik edib. Son paylaşımı isə LAF.TV-dən olub və bu sözlər yer alıb: “Afət Telmanqızı ilə söhbətdə tarixi günlər yaşadığımızı, Qarabağ konfliktinin 35 illik dönəminə son qoyulduğunu bildirdim və bütün xalqımızı, Azərbaycanı sevən hər kəsi təbrik etdim”.

Əli İnsanov

Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov isə Ali Baş Komandan İlham Əliyevə təbrik yazıb: “Möhtərəm cənab Prezident !

Siz Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Türkmənçay müqaviləsindən üzü bəri 200 il davam edən ermənilərlə azərbaycanlılar arasında aktiv münaqişəni xalqımızın tarixi qələbəsi ilə başa vurmağınızla dünya azərbaycanlılarına əbədi xoşbəxtlik, başucalığı və sevinc bəxş etmiş oldunuz, Ümummilli liderimiz Heydər Əliyevin isə ruhunu şad etdiniz.

Bu şanlı qələbəniz Sizin təkcə hərbi qələbəniz deyil, tarixi qalib sərkərdələrimizdən fərqli olaraq, həm də zamanəmizin dünyaca nüfuzlu siyasi liderlərinin Sizinlə qarşıdurmalarında siyasi – diplomatik qələbənizdir.

Möhtərəm cənab Prezident!

Sizi Haqq Ədalət Partiyasının bütün üzvləri adından ürəkdən təbrik edir, Xalqımızın rifahı və ölkəmizin davamlı inkişafı uğrunda görəcəyiniz işlərdə böyük uğurlar, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram”.

Mirmahmud Mirəlioğlu

KXCP sədri Mirmahmud Mirəlioğlu: “ALLAH ŞƏHİDLƏRİMİZİN QİSASLARINI almaqla RUHLARINI Şad etməyi nəsibimiz etsin. ALLAH QAZİLƏRİMİZƏ ŞƏFA versin. Ordumuz Müzəffər, Əsgərimiz Qalib OLsun! AMİN!”

Fərəc Quliyev

MDHP Fərəc Quliyev: “Bütün soydaşlarımı tam və qəti qələbə münasibətilə təbrik edirəm. Başımızı uca, üzümüzü ağ edən, millətimizə zəfər ərməğan edən şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Millətimizə, bu möhtəşəm qələbəni qazandıran ordumuza, Ali Baş Komandana sonsuz təşəkkürlər! Azərbaycan üçün ədalətli status-kvo olan tarixi-coğrafi ərazisində Bütöv Azərbaycan hədəfli yola davam”.

Fazil Mustafa

Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa: “Sən qələbəyə layiqsən, Azərbaycan dövləti və milləti! Var ol, qalib Azərbaycan əsgəri, Ali Baş Komandan! Qutlu olsun”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?