Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

By Admin Eki1,2023

Ukraynanın İrpen şəhərində SOCAR şirkəti Azərbaycan hökumətinin yardımı ilə poliklinikanı təmir edəcək. Azərbaycanlı tərəfdaşlar təmirə 60 milyon qrivna ayırırlar.

 

Bu barədə AZƏRTAC-a İrpen şəhərinin meri Oleksandr Markuşin məlumat verib.

 

Mer Oleksandr Markuşin çıxışında Azərbaycanı Ukrayna üçün dost, qardaş ölkə kimi qiymətləndirib. “Biz müharibə zamanı Azərbaycanın daimi diqqətini görmüşük. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tez bir zamanda əsaslı təmir etdi. Azərbaycan dövlətinin İrpenin bərpasına dəstəyi davam edəcək. Mən müharibə zamanı İrpenə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, – deyə mer əlavə edib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?