Azərbaycan Çin şirkətləri ilə tərəfdaşlığı gücləndirir

By Admin Eyl3,2023

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Beynəlxalq Xidmətlər və Ticarət Sərgisinin (CIFTIS) açılış mərasimində iştirak edib, “China Energy International Group Co. Ltd.”, “Wenzhou Nixin”, “Wontai Power” şirkətlərinin rəhbərləri ilə görüşlərdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, minlərlə yerli və xarici şirkətin öz xidmətlərini nümayiş etdirdiyi tədbirə Çinin və digər ölkələrin rəhbər şəxsləri qatılıblar. 2019-cu ildən Azərbaycan CIFTIS-də vahid ölkə stendi ilə təmsil olunur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb.

“Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar, alternativ enerji sahəsində həyata keçirilən layihələr və tərəfdaşlığın perspektiv istiqamətləri dəyərləndirilib”, – məlumatda deyilir.

“China Energy International Group Co.Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşdə tərəflər arasında ölkəmizin “yaşıl” enerji potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyəti şirkətin fəaliyyəti ilə tanış olub. Tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirə aparıblar.

“Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə görüşdə Azərbaycanda şirkət tərəfindən keramik plitələr istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə görüşdə batareya enerjisi saxlama sistemi və külək enerjisi stansiyası layihələrinə investisiya yatırılması sahəsində əməkdaşlıq imkanları qeyd olunub. Tərəflər batareya enerjisi saxlama sisteminin qurulması layihəsinin dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilməsi potensialını və digər əməkdaşlıq məsələlərini müzakirə ediblər

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?