Atlantik Şurasında Azərbaycan əleyhinə məqalənin müəllifi olan erməni bu dəfə Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb

Atlantik Şurasında Azərbaycan əleyhinə məqalənin müəllifi olan Şeyla Paylan Türkiyəyə qarşı irredentist (torpaq iddiası) iddiası ilə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “X”də (keçmiş tviter) paylaşım edib.

O, Şeyla Paylanın Türkiyənin ən yüksək dağı olan Ağrıdan paylaşım edərək “Tezliklə mənim olacaqsan” paylaşımına münasibət bildirərək bunun irredentist iddia olduğunu vurğulayıb.

Qeyd edək ki, Şeyla Paylan Ermənistandakı siyasət araşdırmaları institutunda (APRI) beynəlxalq hüquq üzrə baş mütəxəssisdir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?