Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb – YENİLƏNİB

By Admin Haz22,2024

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Dinara Nurqaliyeva məlumat verib.

“Xilasedicilər əraziyə baxış keçirməyə davam edirlər. Bu vaxta qədər ölən və yaralananlar barədə məlumat daxil olmayıb”, – o bildirib.

Onun sözlərinə görə, binanın yaşayış sahəsi 8 min kvadratmetrdən çoxdur, ilkin yanğın sahəsi 180 kvadratmetrdir.

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli bina yanır.

“Report” xəbər verir ki, bu barədə “Kazinform” ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Bina inzibati və qismən yaşayışlıdır. İlkin məlumatlara görə, xarici örtüyü yanır.

Bildirilib ki, yanğının söndürülməsinə 16 texnika və 72 canlı qüvvə cəlb olunub.

Hadisə yerində qərargah yaradılıb. Evakuasiya aparılır. Hazırda FHN-nin xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

Ölənlər barədə məlumat yoxdur.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?