Arnold Şvarsenegger: ABŞ-da yeni nəsil siyasətçilərə böyük ehtiyac var

By Admin Kas18,2023

 

 

ABŞ-da yeni nəsil siyasətçilərə böyük ehtiyac var. Prezident Cozef Baydenin və seçkilərə hazırlaşan namizəd Donald Trampın yaşlı olmaları ABŞ əhalisini çox narahat edir.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri “Politico” saytına verdiyi müsahibədə Pespublikaçılar Partiyasının üzvü, Kaliforniya Ştatının keçmiş qubernatoru, məşhur aktyor Arnold Şvarsenegger deyib. O qeyd edib ki, ölkənin enerjili bir siyasi xadimə ehtiyacı var. Yeni nəsil siyasətçilər yeni dövrün tələblərinə uyğun qərar verib ölkəni idarə edə bilərlər. A.Şvarsenegger ABŞ mətbuatını da tənqid edib. Aktyor diqqətə çatdırıb ki, seçkilərdə iştirak etmək üçün digər namizədlərin tədbirləri az işıqlandırılır. Lakin D.Tramp və C.Bayden asqıranda da mətbuatın diqqətində olur. Bu vəziyyət gənc namizədlərin ictimaiyyət tərəfindən tanınmasına imkan vermir.

 

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Hazırkı Prezident C.Baydenin 81 yaşı var. Hələlik rəsmi qaydada namizədliyini irəli sürməsə də, C.Bayden ikinci dəfə də prezident olmaq niyyətini gizlətmir. Digər namizəd isə sabiq prezident D.Trampdır ki, onun da 77 yaşı var. Qalmaqallı siyasətçi olan D.Trampın mətbuata güclü təsiri var.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?