Araz çayında iki, Xəzərdə isə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən bir müddət əvvəl atanın, daha sonra isə övladının meyiti sudan çıxarılıb. Bilgəh qəsəbəsi yaxınlığında dənizdə batan şəxsin isə axtarşı davam edir.
BAKI, 11 iyul — Sputnik. İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində suda boğulma hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-nin verdiyi məlumata görə, çayda çimən 1990-cı il təvəllüdlü Əliyev Asif Ələsgər oğlu və onun azyaşlı övladı 2019-cu il təvəllüdlü Əliyev Rəvan Asif oğlu boğulub.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən bir müddət əvvəl atanın, daha sonra isə oğlunun meyiti tapılıb. Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?