Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

By Admin Eyl24,2023

 

 

Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov ölkəmizin BMT-yə üzv olmasından bəri təşkilat, o cümlədən onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini, BMT-nin ölkəmizdəki fəaliyyətinin əhəmiyyətli olduğu bildirilib.

 

Bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, eyni zamanda, ötən günlərdə ölkəmiz tərəfindən ərazilərimizdə hələ işğal dövründə BMT TŞ-nin 4 qətnaməsinə zidd olaraq qeyri-qanuni mövcudluğunu davam etdirən, postmünaqişə dövründə Ermənistan tərəfindən saxlanan erməni silahlı qüvvələrinin varlığına son qoyulması ilə nəticələnən lokal antiterror tədbirləri barədə məlumat verib.

 

Sözügedən tədbirlərin 30 illik işğalın qalıqlarının aradan qaldırılması, o cümlədən bölgədə sülh və stabilliyə qarşı davamlı təxribatlar törədən qanunsuz silahlı qüvvələrin çıxarılması baxımından sülh prosesinə, o cümlədən Qarabağ bölgəsindəki yerli erməni sakinlərin reinteqrasiyasına töhfə verəcəyi əminliklə vurğulanıb.

 

Bu xüsusda, artıq ötən günlərdə Yevlax şəhərində Azərbaycan hökuməti ilə erməni sakinlərin nümayəndəsi arasında görüşün baş tutması, habelə bu görüşün nəticələrinə uyğun olaraq sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən addımların atıldığı, humanitar yardımların göstərildiyi bildirilib.

 

C.Bayramov BMT Baş katibinə hazırda həyata keçirilən erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumat verib, son üç gün ərzində müsadirə edilmiş hərbi texnikanın və silah-sursatın şəkillərini Baş katibə təqdim edib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?