Əsas Xəbərlər
13 Temmuz 2024

Ana Birçall: “Ermənistan itkin düşənlərin taleyi ilə bağlı məlumat vermir”

By Admin Eyl18,2023

“Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozaraq itkin düşən azərbaycanlıların taleyi ilə bağlı məlumat verməkdən imtina edir”.

 

“Report” xəbər verir ki, bunu Rumıniya Baş nazirinin keçmiş müavini Ana Birçall Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

A.Birçall vurğulayıb ki, 4 minə yaxın Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs hesab olunur və bu da problemin ciddiliyəndən xəbər verir: “Bir çox ailələr hələ də yaxınları haqqında heç bir məlumat ala bilmirlər. Ümid edirəm ki, növbəti konfransda bu məsələdə irəliləyişi qeyd edə biləcəyik”.

 

Siyasətçi Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğuna həmişə inandığını vurğulayıb.

 

Baş nazirin keçmiş müavini iki ay əvvəl Şuşaya səfər etdiyini də xatırladıb: “Hər səfərimdə Qarabağ bölgəsinin yenidən qurulmasında daha çox irəliləyişin şahidi oluram”.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?