“Amazon” “Starlink” ilə rəqabət aparan ilk sınaq peyklərini orbitə çıxardı

By Admin Eki7,2023

“Amazon” uzun müddətdir ki, “SpaceX”in “Starlink”ə rəqib olacaq bir layihə üzərində işləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, “Project Kuiper” olaraq elan edilən bu layihə internet xidməti üçün kosmosa raket göndərməyə hazırlaşır.

Kosmosa buraxılacaq raket üçün laboratoriyada ilkin hazırlıqlar görən “Amazon” dünən axşam saatlarında sınaq peyklərini orbitə çıxarıb. Peyklərin orbitə buraxılma anı “YouTube”da canlı yayımlanıb.

“Amazon”un ikili prototipli aşağı orbitli peykləri Azərbaycan vaxtı ilə saat 22:00-da orbitə buraxılıb. “KuiperSat-1” və “KuiperSat-2” adlı sınaq peykləri ULA-nın (United Launch Alliance) Atlas V raketi ilə aşağı Yer orbitinə çıxıb.

 

Orbitə buraxılan peyklər orbital və əlaqə sınaqlarını həyata keçirəcək. Sınaqlarda genişzolaqlı peyklər və yerüstü rabitə şəbəkəsi təhlil ediləcək. Nəticələr müsbət olarsa, “Amazon” kosmik internet xidməti layihəsini genişləndirəcək.

İlk iki “Kuiper” prototip peykinin buraxılması ilə yanaşı, “Amazon”da başqa hazırlıqlar da var. Şirkət buraxılacağı raket üçün “NASA”nın Kennedi Kosmik Mərkəzində peyk emalı zavodu inşa edəcək.

Qeyd edək ki, bu obyektə 120 milyon dollar sərmayə qoyan “Amazon” 2025-ci ilin əvvəlində ilk istehsal peyklərini bu obyektdə emal edəcək. İnternetə çıxışda “SpaceX” ilə rəqabət aparmağa hazırlaşan “Amazon”, son dərəcə nəzarətli şəkildə davam edir.

Milli.Az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?