Alt paltarında gəzən qardaşını xüsusi amansızlıqla öldürdü – HÖKM

By Admin Oca8,2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvarda qardaşını öldürməkdə təqsirləndirilən Abuzər Şirqasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 2023-cü il iyunun 17-də, saat 2 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub. İttihama görə, Abuzər Şirqasımov 17 iyun 2023-cü il tarixdə, təxminən saat bir radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində valideynlərinə məxsus yaşadıqları evdə olarkən onunla birlikdə yaşayan qardaşı Amil Şirqasımov evdə alt paltarında yarıçılpaq vəziyyətdə gəzib. O, bu barədə qardaşına iradını bildirib. Amil isə buna məhəl qoymayaraq saymazyana formada eyni hərəkətləri təkrarlayacağını bildirib, sonra onun sifət nahiyəsindən şillə ilə vurub. Sərxoş vəziyyətdə olan Abuzər mətbəxdən götürüb əyləşdiyi stulun altında saxladığı bıçaqla onun üzərinə hücum edib. Həmin vaxt Abuzər onları sakitləşdirmək istəyən anasının gözləri qarşısında zərərçəkmiş şəxsin bədəninə altı bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla öldürüb.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?