Aİ qaz qiymətləri ilə bağlı fövqəladə limiti uzada bilər

By Admin Eki25,2023

Avropa İttifaqı Yaxın Şərqdəki münaqişə və boru kəmərinin təxribatının bu qış qiymətləri yenidən bahalaşdıra biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən fevral ayında tətbiq edilən fövqəladə qaz qiymətinə məhdudiyyətin uzadılmasını nəzərdən keçirir.

Məlumata görə, Avropa Komissiyası Aİ ölkələrinə təqdimatında qeyd edib ki, qiymət limitinin tətbiqi ilə heç bir mənfi nəticə olmayıb və qazın qiyməti ötən illə müqayisədə təxminən 90% ucuzlaşıb.

Aİ diplomatları deyirlər ki, qiymətlərin düşməsi və anbarların doldurulmasına baxmayaraq, qışda İsrail-HƏMAS münaqişəsi və mümkün təxribatlar qaz tədarükünə təsir edə bilər. Onlar bildirirlər ki, bu ayın əvvəlində Baltik dənizində qaz kəmərinin partlaması narahatlıq doğurur.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?