Ağcabədidə əməliyyat: Saxlanılan şəxsdən “AK-74” markalı avtomat götürülüb

Ağcabədidə keçirilən əməliyyat zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən şəxs barəsində əməliyyat məlumatı daxil olub. Məlumat əsasında keçirilmiş tədbirlərlə rayonun Muğanlı kənd sakini Rafiq Vəliyev idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı yük yerindən 1 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 5 ədəd 7.62 kalibrli patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin silah-sursatı bir müddət əvvəl Qarqar çayının sahilindən tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?