AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı xəbərlərə münasibət bildirib

By Admin Oca9,2024

 

 

Milli assosiasiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) ilə aralarında hər hansı bir danışıq aparılmayıb.

 

“AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib. Türkiyə qardaş ölkədir, Azərbaycanda həmin ölkə futbolunun, klublarının nə qədər azarkeşinin olduğunu, necə sevildiyini bilirik. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmalıdır”, – deyə qurumdan bildirilib.

 

Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Azərbaycanın Superkuboka ev sahibliyi etmək üçün TFF-yə məktub göndərdiyini yazıb. Həlledici qarşılaşmada İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlməlidir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?