Abşeronda qohumlarının balta ilə hücumuna məruz qalan ailənin üçüncü üzvü də öldü

Abşeron rayonunun Digah qəsəbəsi ərazisində xəsarət alan şəxslərdən daha biri ölüb.

Bu gün xəsarət alan şəxslərdən daha biri – Xəyalə Kərimova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş Prokurorluğun mətbuat xidməti Milli.Az-a faktı təsdiq edib.

Bununla da, bir ailənin üç üzvü qohumlarının balta ilə yetirdiyi xəsarətə görə vəfat edib.

Qeyd edək ki, hadisə iyulun 3-də baş verib. saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.

Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.

Milli.Az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?