ABŞ senatoru ailəsi ilə birgə təyyarə qəzasında həlak oldu

0

ABŞ-nin Şimali Dakota ştatından senatoru Daq Larsen ailəsi ilə birgə təyyarə qəzasında həlak olub.

 

“Report” xəbər verir ki, bu barədə “Associated Press” bildirib.

 

Məlumata görə, siyasətçi ilə birgə onun həyat yoldaşı və iki azyaşlı övladı ölüblər. Onların kiçikhəcmli təyyarəsi Yuta ştatında yerə çırpılıb.

 

Qrand dairəsinin Şerif Departamentinin feysbukda dərc etdiyi açıqlamaya görə, təyyarə yerli vaxtla bazar günü axşam Kanyonlends aerodromundan qalxdıqdan qısa müddət sonra Moab qəzaya uğrayıb. Şerif ofisi senatorun pilot olduğunu və hava nəqliyyatı vasitəsində olan dörd nəfərin hamısının həlak olduğunu bildirib.

 

Qeyd edək ki, Daq Larsen Respublikaçılar Partiyasının üzvü olub.

Bir yanıt yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WP Popup
whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?