ABŞ Prezidenti NATO sammiti üçün Litvaya gəlib

0

ABŞ Prezidenti Cozef Bayden NATO sammitində iştirak etmək üçün Litvaya gəlib.

“Report” AP-yə istinadən xəbər verir ki, ABŞ liderinin “Boeing” təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına enib və Baydeni burada Litva Prezidenti Gitanas Nauseda qarşılayıb. Onların ikitərəfli danışıqları sabaha planlaşdırılıb.

Sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanında 100-dən çox müntəzəm reys ləğv ediləcək. Paytaxtdan 30 km radiusda istənilən uçuşlar qadağandır. İyulun 7-dən 13-dək Litva ərazisi üzərində kiçik təyyarələrin, pilotsuz nəqliyyat vasitələrinin və isti hava balonlarının uçuşu da təxirə salınıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?