ABŞ ordusu husilərə göndərilən İran silahlarını müsadirə edib

By Admin Şub15,2024

ABŞ ordusu fevralın 15-də Yəməndəki husi qiyamçılarına Ərəb dənizi vasitəsi ilə göndərilən İran istehsalı olan silahların bir hissəsini ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında bildirib.

Müsadirə edilən silah-sursat partiyasında raket hissələri, partlayıcı maddələr və başqa qurğular da daxil olmaqla 200-dən çox bağlama var.

Komandanlığın başçısı general Maykl Erik Korilla açıqlamasında deyib: “Bu, İranın bölgədəki çirkin fəaliyyətinə növbəti nümunədir”.

O vurğulayıb ki, İran husilərə silah tədarükü ilə beynəlxalq gəmiçilik təhlükəsizliyini və ticarətin sərbəst axınını pozmağa davam edir.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?