ABŞ-da atışma nəticəsində 4 nəfər həlak olub

0

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində baş verən atışmada 3 qadın və 13 yaşlı qız həlak olub.

 

AZƏRTAC xəbər verir ki, bu barədə CNN polisə istinadən məlumat yayıb.

 

Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.

 

CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin “silahlı və son dərəcə təhlükəli” olduğunu deyib.

 

Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WordPress PopUp Plugin
whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?