2024-cü ildə Gürcüstan Azərbaycandan 3 milyard kubmetrdən çox təbii qaz idxal etməyi planlaşdırır

By Admin Oca 8, 2024

 

2024-cü ildə Gürcüstan Azərbaycandan 3 milyard kubmetrdən çox təbii qaz idxal etməyi planlaşdırır

Gürcüstan 2024-cü ildə Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır.

 

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın cari il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub.

 

Sənədə əsasən, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr “mavi yanacaq” idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək.

 

Ümumilikdə Gürcüstanın təbii qaz balansı 3 milyard 231 milyon kubmetr səviyyəsində təsdiq edilib və bunun da 99,6 %-i idxalın payına düşəcək.

 

Azərbaycan Gürcüstana bu enerji resursunu ixrac edən əsas ölkədir. Lakin 2023-cü ildə Rusiyadan Gürcüstana təbii qazın ixrac həcmi xeyli artıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?