❗️Ağdam-Xankəndi yolu açıldı

Rusiyadan Qarabağdakı erməni sakinlər üçün ərzaq yüklü TİR sülhməramlıların postunu keçərək, Ağdam-Xankəndi yolu ilə Əsgərana istiqamətində hərəkət etdiyi deyilir.
Laçın dəhlizinə nəzarət tam bizə keçdiyi üçün artıq silah daşımaq və digər qanunsuz yüklərin daşınması mümkün olmayacaq.
Erməni mediası yazır ki, Əsgəranda “Tank” abidəsi yanında “xalq” yük maşınının gəlişinə etiraz etməsinə baxmayaraq maşın oradan keçərək Xankəndinə daxil olub. Əsasən də, “Tank” abidəsinin yanında yığılanlara “kvadratbaş” Nerine başçılıq edirdi.
Bu yük maşınının keçməsi o demək deyil ki, Laçın yolu artıq BQXK-nın üzünə açıq olacaq. Burada prosesləri qarışdırmamaq vacibdir. Laçın yolunun – Azərbaycan gömrük qanunvericiliyinə tam uyğun olaraq – BQXK-nın üzünə açılması üçün BQXK-nın yükləri də Ağdam yolu ilə getməlidir.
“Spayka”nın Laçın SBNM ilə üzbəüz, Ermənistan ərazisində aylardan bəri düzülüb qalan TIR-larına gəldikdə isə, 2-ci Qarabağ Müharibəsinlə erməni leşlərinin saxlandığı həmin yük maşınları bundan sonra da gözləyə bilər.