Yevlax şəhəri,Heydər Əliyev prospektinde fəaliyyət gostərən Bravo Supermarketdə insanlarin həyatı təhlükəyə atilir, xüsusəndə bizim və ölkənin gələcəyi olan uşaqlarin. Beləki otən gün 22.12.2023 cu il tarixində “onlinexeber”.com saytinin əməkdaşi Amil Huseynov adi çəkilən super marketdə bir neçə vaxtı keçmiş erzaq mehsullarını aşkar edib. Əməkdaşımız KOLBASA, AKTIVIA ve bir neçə çeşiddə olan YOGURTLARI istifadə muddətinin bitməsini aşkar edərək market rəhbərliyinə məlumat vermişdir. Rəhbərlik isə özünü müdafiə edərək insan saglamlığı üçün təhlükəli olan məhsulların piştaxtadan yığışdırılmamasına özünə məxsus formada don geyindirərək hakk qazandırmağa çalışdı. Təəssufki şərhlər azad olsada faktlar müqəddəsdir. Necə deyərlər FAKT FAKTLIĞINDA qalır. Piştaxtada olan istifadə müddəti bitmiş məhsulları rəhbərliyə şəxsən təqdim etmişik. O cümlədən məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) – nin 1003 çağrı mərkəzinə rəsmi məlumat vermişik. Təəssüflə qeyd etmək istəyirik ki, bu və digər qanun pozuntularının aşkar olunması vəzifəsi AQTA-nin üzərinə düşsədə göründüyü kimi AQTA-nin yerlərdə olan REGİONAL bölmələri belə həssas məqamlara biganə yanaşır. Məlumat üçün bildirək ki AQTA -nin Bərdə şəhər ərazisində REGİONAL bölməsi yerləşir. Ancaq bu qurum vaxtı vaxtında nə super marketlərdə, dönərxanalarda, süd qəbulu məntəqələrində, saçaqlı pendir sexlərində və digər zəruri iaşə obyektlərində qanuna müvafiq qaydada yoxlamalar aparılmır və bizim Bravo marketdə rast gəldiyimiz xoşagəlməz vəziyyət bunun bariz nümunəsidir. Belə halların nəzarətsiz qalması insanların həyatı bahasına başa gəlir. Bəs maraqlıdır ki AQTA-nin Bərdə REGİONAL bölməsinin fəaliyyəti nədən ibarətdir ki, belə hallarla insan sağlamlığını təhlükəyə atırlar. Ümid edirik ki qeyd etdiyimiz faktlara AQTA biganə qalmayacaq və bu kimi halların qarşısını alacaqdır. Movzunu diqqətdə saxlayacayıq. Qarşı tərəfin mövqeyini derc etməyə hazırıq.